Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI – VİDEO

Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI – VİDEO

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan "Drone Killer” silahını alıb.

Sfera.az  xəbər verir ki, bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən "Harp Age” şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib.

Onun sözlərinə görə, "Drone Killer” silahı yexni texnologiyalar əsasında hazırlanıb.

"Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır”, – deyə o bildirib.

"Drone Killer” hücum edən pilotsuz uçuş aparatlarını anında məhv etmək, həmçinin, bu aparatları təsirsiz vəziyyətə salmaq gücünə sahibdir.

Qeyd edək ki, erməni hərbi birləşmələri pilotsuz aparatlar vasitəsilə zaman-zaman həm kəşfiyyat, həm də hücum xarakterli təxribatlara əl atır. Hətta sərhədboyu ərazilərdə yaşayan mülki əhaliyə pilotsuz aparatlardan da hücumlar edilir. "Drone Killer” düşmənin texnikasını məhv etmək baxımından kifayət qədər güclü silahdır.

Türkiyə Eksportçuları Şurasının saytında yayılan məlumata görə isə son iki ayda Azərbaycan Türkiyədən bir milyonluq silah alıb. (publika.az)

 


OXŞAR XƏBƏRLƏR

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...

Şoyqunun müavini rüşvətə görə saxlanıldı - FOTO

Rusiya müdafiə nazirinin müavini Timur İvanov rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya İstintaq ...

Avtosalon işçisi 3 milyon avroluq “Ferrari”ni qəzaya uğratdı - FOTO

1990-cı ildə istehsal olunmuş “Ferrari F40” Almaniyada qəzaya uğrayıb. Avtomobilə ciddi ziyan dəyib.    Sfera.az bildirir ki, qəzaya...