Azərbaycan turizm sərgisində - Fotolar

Azərbaycan turizm sərgisində - Fotolar

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 2016-cı ilin 20-22 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən "KİTF 2016" beynəlxalq turizm sərgisində təmsil olunur.

"Qafqazinfo"nun məlumatına görə, sərgidə iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibinə Nazirliyin Turizm şöbəsinin Turizm sənayesi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov, habelə "Millennium Tourism & Congress DMC”, "Falcon Travel", "The Tour", "Billur tour", "Geo travel" və "Flame Tour” turizm şirkətlərinin, eləcə də "Şahdağ" Turizm Mərkəzinin əməkdaşları daxildir. Bununla yanaşı, sərgidə "Çinar Hotel & SPA Naftalan” mehmanxanası ayrıca stenddə təmsil olunur.

Sərgidə 46 kv.m-lik sahədə ölkəmizin turizm imkanlarını əks etdirən xüsusi stend quraşdırılmışdır. Stendimizə baş çəkən qonaqlara Azərbaycan turizmini təbliğ edən ingilis və rus dillərində reklam-çap məhsulları təqdim olunur.

Qeyd edirik ki, 2015-ci il ərzində Qazaxıstandan ölkəmizə 27 mindən çox turist səfər etmişdir.

Bu il "KİTF 2016" sərgisində ölkəmizlə yanaşı, 31 ölkədən 300-dən artıq şirkət təmsil olunur. Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq dördüncü dəfədir ki, "KİTF" beynəlxalq turizm sərgisində iştirak edir.


Azərbaycan turizm sərgisində - Fotolar
Azərbaycan turizm sərgisində - Fotolar


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...