Azərbaycan torpağında qarpız əkən ermənilərə hər hektara görə 4 MİN dollar...

Azərbaycan torpağında qarpız əkən ermənilərə hər hektara görə 4 MİN dollar...
Görəsən, adamın başında turpu nə təhər əkirlər?!..
Bu il ermənilər Azərbaycanın 22 min hektara yaxın torpağında müxtəlif növ bitki, meyvə-tərəvəz əkəcək...

Biz burada 3-4 Qarabağ Komitəsi yaradıb ortaq məxrəcə gələ bilməyərkən, Qarabağ haqqında mənasız layiihələr icra edib qrantlar, mükafatlar alarkən, evlərimizi, ofislərimizi Şuşa, Kəlbəcər, Laçının gözəlliyi haqda şeir kitablarıyla doldurarkən,  ağzımızı açıb ATƏT həmsədrlərinin, nə bilim, ABŞ səfirinin, Rusiya politoloqlarının torpaqlarımızın qaytarılması(!) barədə nə deyəcəyini gözləyincə işğalçılar nəinki "Dağlıq Qarabağ” adlanan ərazimiz, eyni zamanda ətraf 7 rayonumuzun torpaqlarında da həvəslə, ruh yüksəkliyi ilə yaz əkin-becərmə işlərinə start veriblər.  
Картинки по запросу армяне арбуз в карабахе
Ermənilərin Azərbaycan torpaqlarındakı fəaliyyətindən jurnalistlərə  separatçı-terrorçu reimin kənd təsərrüfatı işlərinə de-fakto nəzarət edən qanunsuz qurumunun  rəhbəri Jirayr Mirzoyan  danışıb. Onun sözlərinə görə, ildən-ilə əkilib-becərilən Azərbaycan torpaqlarının sahəsi artır. Separatçı rejim kəndlilərə, fermerlərə bacardığı yardımı  edir. 

Son proqnozlara görə, bu il ermənilər Azərbaycanın 22 min hektara yaxın torpağında müxtəlif növ bitki, meyvə-tərəvəz əkəcək. Bu da ötən ilkindən 8500 hektar çoxdur. Qondarma rejim 18,5 hektarlıq ərazidə səpiləcək 12 növ toxumu təsərrüfat sahiblərinə  pulsuz verməyi nəzərdə tutub. Bundan əlavə, qarpız  və yemiş əkən ermənilərə hər hektara görə, əvəzsiz 2 milyon dram(təxm. 4000 dollardan çox) yardım ediləcək. Həmin məhsulları yarım hektara əkənə də yardım veriləcək...Moderator




OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...