Azərbaycan tələb etdi, Türkiyə bu filmin yayımına qadağa qoydu

Azərbaycan tələb etdi, Türkiyə bu filmin yayımına qadağa qoydu
"Filmmor" Qadın Film Festivalının İstanbuldakı son günündə "Yeva" adlı filmin nümayişi qadağan olunub.

"Filmmor"un nümayəndəsi Mələk Özman filmin nümayişinə Azərbaycan hökumətinin tələbi ilə İstanbul Valiliyi tərəfindən qadağa qoyulduğunu bildirib.

"Azərbaycan səfirliyi əvvəlcə Fransız Mədəniyyət Mərkəzinə rəsmi tələb göndərərək filmin nümayişinin qadağan olunmasını istəyib. Biz Fransız Mədəniyyət Mərkəzi ilə filmi müzakirə etdik, onlar da izlədi və nümayişində heç bir problem görmədiklərini bildirdilər. Film bir qadının İrandan keçmiş həyat yoldaşından qaçmasından bəhs edir. Qadın Qarabağda bir erməni kəndinə sığınır. Azərbaycan üçün bu məsələ həssas imiş, biz də bilmirdik. Bütün ölkələrin həssaslığını nəzərimizdə saxlaya bilməyəcəyimizi və filmdə zərərli ifadələrin yer almadığını bildirdik, lakin Azərbaycan hökumətinin Türkiyə Xarici İşlər Nazirliyinə, hətta xarici işlər nazirinə də müraciətləri olub. Nəticədə Azərbaycan hökumətinin tələbi ilə Türkiyədən də filmin göstərilməsinə qarşı reaksiya verildi və nümayişi qadağan edildi", - deyə o, bildirib.

Qeyd edək ki, "Yeva" filmi Ermənistan və İranın birgə əməkdaşlığı ilə çəkilib. Filmin rejissor və ssenari müəllifi erməni əsilli iranlı Anahit Abaddır. Sözügedən film Ermənistan kinosunu təmsil etmək üçün "Xarici dildə ən yaxşı film" nominasiyası üçün 90-cı "Oskar" film festivalına göndərilmişdi.//Qaynarinfo

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...