Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ukraynanın ali medalı ilə təltif edildi

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Ukraynanın ali medalı ilə təltif edildi

Sfera.az xəbər verir ki, Ukraynada fəaliyyət göstərən azərbaycanlıların və digər türkdilli xalqların ictimai təşkilatlarının liderləri və vəzifəli şəxsləri, o cümlədən Azərbaycanın 2 ictimai xadimi 28 iyun Ukraynanın Konstitusiya günü münasibəti ilə, Ukrayna ərazi bütövlüyünün və milli suverenliyinin qorunmasında, Ukrayna Ordusunun müdafiə qabiliyyətinin gücləndirilməsində, Ukraynada separatizmə qarşı mübarizədə, dövlət və xalq qarşısında xidmətlərinə görə "Kraina” ÜUB tərəfindən Ümümukrayna statuslu "Ukraynanın müstəqilliyinin 25 illiyi” xüsusi medalı ilə təltif ediliblər. Mükafatçılar arasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Mübariz oğlu Abbasov Ukrayna xalqı qarşısında xidmətlərinə görə, o cümlədən Ukrayna həqiqətlərinin işıqlandırılmasında, Ukraynada yaşayan azərbaycanlıların və digər türkdilli xalqların Ukraynanın ərazi bütövlüyü və milli suverenliyi uğrunda verdiyi dəstəyə görə Ukraynanın "Kraina” ÜUB-nin Sədri O.M.Sopovun əmri ilə Ümumukrayna statuslu "Ukraynanın müstəqilliyinin 25 illiyi” medalı ilə təltif edilib.

Səbuhi Abbasov kimdir?

Səbuhi Abbasov16 noyabr1985 - ci ildəMingəçevirşəhərində anadan olmuşdur.2003 - cü ildə Mingəçevir şəhər liseyini bitirərək,Bakı Slavyan Universitetinin"Beynəlxalq münasibətlər və regionşünaslıq" fakültəsinin "Ukraynaşünaslıq”ixtisasına daxil olmuşdur. 2007 - ci ildəBakı Slavyan UniversitetininMagistratura şöbəsinin "Regionşünaslıq" ixtisasına daxil olmuş, 2009 - cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.

Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək müxtəlif dərəcəli (I, II, III) diplomlarla təltif olunmuş, bakalavr pilləsində təhsil alarkən qrup rəhbəri, fakültə üzrə Tələbə Gənclər Təşkilatının (bundan sonra TGT) sədri, fakültə üzrə Tələbə Həmkarların sədri, Universitet üzrə Tələbə Gənclər Təşkilatının sədri vəzifələrini icra etmişdir. Universitetdə bir sıra konfransların, dəyirmi masaların və debatların təşkilatçısı olmuşdur.

Universitetdə təhsil alarkən ictimai əsaslarla "Tələbə dünyası” qəzetininmüxbiri, redaktoru və baş redaktoru vəzifələrini icra etmişdir.

2003-cü ilin dekabr ayından 2007-ci ilin iyul ayınadək "Elçi” qəzetində müxbir, redaktor vəzifələrində çalışmışdır.

2004-2006-cı illərdə "Yeni Azərbaycan” qəzetində müxbir vəzifəsində 0.5 ştat vahidi müxbir vəzifəsində çalışmışdır.

2007-ci ilin avqust ayından 2010-cu ilin aprel ayınadək 2006-cı ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və ayda 2 dəfə dərc edilən "Gələcəyin Səsi” qəzetininbaş redaktoru vəzifəsində çalışıb.

2009-2011-ci illərdə Bakı Slavyan Universiteti Jurnalistika şöbəsinin müdirivəzifəsini icra etmişdir. Həmin illərdə həm də Bakı Slavyan Universiteti Jurnalistika kafedrasında müəllim kimi çalışmış, "Beynəlxalq münaqişələrin həllində jurnalistikanın rolu” fənnini tədris etmişdir.

2011-ci ilin fevral ayından 2013-cü ilin aprel ayınadək 2009-cu ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən və cəmi 11 sayı işıq üzü görən "Polis dünyası” jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.

2013-cü ilin may ayından XƏBƏR1.az saytının baş redaktoru vəzifəzində çalışır. XEBER1 MMC-yə daxil olan sayt fəaliyyətini bugün də davam etdirir.

2014-cü ilin aprel ayından bu günə qədər isə 7NEWS.az saytının baş redaktoru vəzifəsində çalışır. Sayt fəaliyyətinin 2 ilinin tamamında, 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilmişdir.

2016-cı ildə isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesləri obyektiv, qərəzsiz ölkə və dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan və rus dillərində ShushaPost.az saytı təsis edib. Hal-hazırda da sayt öz fəaliyyətini davam etdirir.

Bundan başqa S.Abbasov mütəmadi olaraq "Yeni Azərbaycan” , "Səs”, "Olaylar”, "Kaspi”, "Xalq qəzeti”ndəmüxtəlif yazılarla çıxış edir. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman NazirliyininvəAzərbaycan Respublikası Təhsil Nazirliyinin"Fəxri Məzun" diplomuna layiq görülmüşdür. Bir çox xarici ölkələrdə (Türkiyə, Almaniya, İngiltərə, Rusiya, Ukrayna, Polşa, Avstriya, Gürcüstan və s.) keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir.

Azərbaycan, türk, rus, ingilis və ukrayna dillərində danışır.


OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...