Azərbaycan siqaret istehsalını kəskin artırıb

Azərbaycan siqaret istehsalını kəskin artırıb
Bu il Azərbaycan papiros və siqaret istehsalını kəskiş şəkildə artırıb. Ötən ilin yanvar-avqust ayları ərzində ölkəmizdə 4,919 milyon ədəd papiros və siqaret istehsal edilmişdisə, 2021-ci ilin eyni dövründə 9,071 milyon ədəd istehsal edilib. 

Müqayisədə bu il siqaret və papiros istehsalında 84,4 faiz artım olub. 

Sfera.az bildirir ki, yanvar-avqust ayları ərzində ümumilikdə 397,1 milyon manatlıq tütün məmulatları istehsal edilb. İstehsalın həcmi real göstəricilərlə müqayisədə ötən ilin eyni dövrünə nisbətən 55,1 faiz artıb.
 
Azərbaycan istehsalı artırmasına baxmayaraq, ixrac xeyli dərəcədə azalıb. İlin yanvar-iyul ayları ərzində ixrac 1436 ton olub ki, bu da 43,2 faiz azalma deməkdir.  
Tütün istehsalının kəskin şəkildə artmasına baxmayaraq, bu il tütün məmulatları 10,2 faiz bahalaşıb. 

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR