Azərbaycan sərhəddini pozan gürcü saxlanıldı
10:25 / 08.08.2019
1692
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.
Avqustun 7-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində saxlanılıb.
Fakt üzrə cinayət işi qaldırılıb, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.