Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüş vaxtı bilindi

Azərbaycan, Rusiya və İran XİN rəhbərlərinin görüş vaxtı bilindi

Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri aprelin 7-də Bakıda görüşəcəklər.

Sfera.az Trend-ə istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsiMariya Zaxarova deyib.

Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: "O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub".


OXŞAR XƏBƏRLƏR