“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edildi

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə sənəd imzalayıb.

 

Publika.az xəbər verir ki, sənədə əsasən, qanunun 14-cü maddəsinin ikinci hissəsinə "icazə” sözündən sonra "və ya qaçqın statusu” sözləri əlavə edilib.

 

Bununla da əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.



OXŞAR XƏBƏRLƏR