Azərbaycan rəsmiləri Türkiyəyə yardım üçün danışıqlar aparırlar
16:00 / 25.01.2020
2519
Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.
Sfera.az xəbər verir ki, bu barədə report-a Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.