\"Azərbaycan qlobal iştirakçıya çevrilib\"

\
Son 26 il ərzində Azərbaycan kənd təsərrüfatı, neft hasilatı və qaz sənayesi sahələrində böyük uğurlara nail olub və regionun əsas logistika mərkəzinə çevrilib.
 

Bunu Trend-ə Markett Universitetinin (ABŞ) beynəlxalq əlaqələr üzrə eksperti, politoloq Piter Teys deyib.
 

O vurğulayıb ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan qoşunlarının işğalı altında olmasına baxmayaraq, ölkənin iqtisadi artımı, qlobal layihələrdə getdikcə artan rolu böyük təsir bağışlayır.


Ekspertin sözlərinə görə, bütün maneələrə baxmayaraq, Azərbaycan bütün dünyaya nümayiş etdirib ki, ölkədə effektiv idarəetmə mövcuddur, azad ticarət və açıq bazarlar dəstəklənir, eyni zamanda, ölkə regionda sabitliyin və təhlükəsizliyin dayağıdır. Bu isə öz növbəsində, mövcud Azərbaycan hökumətinin səmərəli kursunun göstəricisidir:
 

"Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşən inkişaf etmiş ölkəyə çevrilib. Son onillik ərzində Azərbaycan beynəlxalq ticarət, logistika parklarının yaradılması, neft və qaz hasilatı sahələrində qlobal iştirakçıya çevrilib”.
 

Azərbaycanın iqtisadi layihələrindən danışan P.Teys "Cənub Qaz Dəhlizi” və Bakı-Tbilisi-Qars dəmir yolunu qeyd edib.
 

Onun sözlərinə görə, "Cənub Qaz Dəhlizi” Azərbaycanın beynəlxalq arenada əldə etdiyi unikal imici daha da gücləndirir.
 

Ekspert onu da əlavə edib ki, bir müddət əvvəl işə salınmış Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Mərkəzi Asiyadan Avropaya məhsul axınının cəlb olunması ilə Bakı və Ankara arasında daha fəal iqtisadi və ticarət əməkdaşlığını təmin edəcək.
 

OXŞAR XƏBƏRLƏR

Bakı-Quba yolunda ağır qəza: Yük avtomobili aşdı - VİDEO

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.   Belə ki...

SOCAR prezidenti Britaniya rəsmiləri ilə görüşdü

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Ould və Birləşmiş Kırallığın İxrac Maliyyəsi Depa...

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Şəki şəhəri “Cəfərabad” QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi,...

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...