“Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?..”-Fikir savaşı

“Azərbaycan(!) qızının  gecə klubunda nə iti azıb ki?..”-Fikir savaşı
"Həzrət Abbas haqqı, Cənnət – gecə klublarında yox, anaların(!) ayağı altındadır...”
"Bəs  gecə klublarının Bakıda nə iti azıb?.." 


Sübh tezdən Bakıdakı gecə klublarından birində bir qızın döyülməsi xəbərini oxuyan kimi ağlıma gələn ilk fikir bu oldu: "Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki,  kimlərsə də onu döyə?..” Amma qızın orada müştəri yox, işçi olduğunu biləndə düşündüm ki, bəlkə o, heç kefindən yox, məcburiyyətdən belə bir məkanda işləyir... 

***

Bütün hallarda  Azərbaycan(!), müsəlman(!) qızının gecə klubunda işçi və ya müştəri qismində görünməsi əsl Azərbaycan kişisi(!) və qadını(!), ailəsi üçün biabırçılıqdır, başalçaqlığıdır...

***

Adı-soyadı da ki, Cənnət(!) Abbasova(!)... Cənnət xanım, Həzrət Abbas haqqı, Cənnət – gecə klublarında yox, anaların ayağı altındadır(Bilmirik, bu günün, ya gələcəyin anasısan)... Gecə klubları, eyş-işrət məkanları isə Cəhənnəm marşrutlarının vağzalı, hava limanıdır...

*** 

Sözsüz ki, müasir(?) hüquq baxımından əgər başqa xəta və ya cinayəti olmayıbsa, cəzanı gecə klubunda döyülən xanım yox, onu döyənlər çəkməlidir... Amma dinimiz, hər gün haqqında  pafosla danışdığımız, yazdığımız milli-mənəvi(!) dəyərlərimizin güzgüsündən baxanda gecə klubunda işləməyə razılıq vermiş həmin qızın özü də, əgər valideynləri, qardaşı, əri-filanı varsa, onlar da günah daşıyır. Amma böyük cavabdehlik və günahı gecə klubunu işlədənlər, ən böyük günahı isə Bakıda- müsəlman, türk şəhərində saysız-hesabsız gecə klublarının, gizli fahişəxanaların, pritonların, striptiz salonlarının, qumarxanaların açılıb fəaliyyət göstərməsinə, bölgələrdən də iş adı ilə dəvət edilən qızların əxlaqsızlığa cəlb edilməsinə şərait yaradanlar, buna göz yumanlar, eləcə də bunu görüb susan bizlər - cəmiyyət daşıyır... O halda belə bir fikir də yerinə düşür: "Ümumiyyətlə, Bakıda gecə klublarının, qumarxanaların, pritonların nə iti azıb ki, Azərbaycan(!) gənci, qızı  da oralarda ya işləyə, ya da günah daşıyan əyləncələrlə məşğul ola?..” 
 
***

Yəqin, "modern”, "demokratik” əqidəli, Avropa, Amerika şüurlu şəxslər, "ziyalılar” da bizdən narazı qalacaq ki, əşşi, siz nə danışırsız, gecə klubları, qumar və alkoqolun yer aldığı əyləncə məkanları azadlıq(?), müasirlik(?) əlamətidir. "Azərbaycan qızının da öz seçimidir, istəyər- gedər gecə klubuna, istəməz - getməz... Heç kəs, hətta ata-anası, qardaşı, əri-filanı da buna qarışa bilməz... Hər hansı bir məkanda hansısa xanımın döyülməsi, sadəcə, cinayət və qadına qarşı zorakılıq halı kimi dəyərləndirilməlidir...” 

Onu əlavə edim ki, heç kəsə, qadına da, kişiyə də qarşı zorakılıq hər baxımdan günah, cinayətdir. Amma gərək kişi də, qadın da onu Yaradanın ona  bəxş etdiyi kişilik, qadınlıq dəyərlərini mühafizə edə, geyimini-gecimini, yerini-yurdunu bilə...   

***

Əfəndilər, bu düşüncələr də bəndənizin Allah qanunlarına, milli-mənəvi dəyərlərimizə uyğun seçimidir. Və əminəm ki, söylədiklərim  Yaradanın bütün səmavi Kitablarındakı əmrlərinə və xüsusən, Qurani-Kərimə, Peyğəmbərimizin(!) şəriətinə uyğundur... 

Təki Allah bizdən razı olsun!.. 

Sultan Laçın

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...