Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır: “Müharibə mütləq olacaq”- ŞOK PROQNOZ

Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır: “Müharibə mütləq olacaq”- ŞOK PROQNOZ

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “Vestikavkaz” saytı yazıb.Azərbaycanın 65 minlik şəxsi heyətlə keçirdiyi böyük hərbi təlimə diqqət çəkən sayt qeyd edir ki, bu manevrlər Qarabağda müharibə vəziyyətində ordunun hərəkətini asanlaşdırır, həmçinin onun düşmən üzərində qalib gəlməsinə təminat verir. Maraqlıdır ki, hərbi təlimlər zamanı belə Ermənistan təmas xəttində təxribatlarından əl çəkmədi. Belə ki, Ermənistan təyyarələri Azərbaycanla təmas xəttində uçuşlar həyata keçirərək təxribatlara təşəbbüs edib. 

 “Azərbaycanın müdafiə naziri Zakir Həsənov təmas xəttində təxribat uçuşları həyata keçirdən Ermənistan təyyarələrinin vurulması əmrini verib. Həmçinin, o, atəşkəs pozulacağı təqdirdə yalnız cavab atəşi ilə qənaətlənməyəcəklərini, iri kalibrli silahların işə düşəcəyini bəyan edib. Bu təlimlər Ali Baş Komandan, Prezident İlham Əliyevin birbaşa tapşırığı ilə keçirilib”, - deyə sayt yazır.

 Rusiyanın siyasi və hərbi analiz institutunun analitiki Aleksandr Xramçikin sayta açıqlamasında bildirib ki, Azərbaycan hərbi qüdrətinə görə ilk sıralarda yer alır: “Hətta mən deyərdim ki, Azərbaycan post-sovet məkanında hərbi gücünə görə Rusiyadan sonra ikinci yerdədir”. 

 Ekspert vurğulayıb ki, Qarabağda müharibənin başlaması ehtimalı hər gün artır: “Mən həmişə bildirmişəm ki, Dağlıq Qarabağda müharibə mütləq baş verəcək. Hərçənd bunun nə vaxt olacağını demək çətindir”.

Aysel


OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...