Azərbaycan Premyer Liqasının püşk vaxtı bilindi

Azərbaycan Premyer Liqasının püşk vaxtı bilindi
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Sfera.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mərasim iyulun 30-da AFFA-nın inzibati binasında baş tutacaq.

Saat 14:00-da başlanacaq və pandemiya qaydalarına riayət olunmaqla keçiriləcək tədbirə klub və KİV nümayəndələri dəvətlidir.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü 14 avqustda start götürəcək.


OXŞAR XƏBƏRLƏR