Azərbaycan pilotu uçuş zamanı tanışlarıyla söhbət üçün sükanı tərk etdi (VİDEO)

Azərbaycan pilotu uçuş zamanı tanışlarıyla söhbət üçün sükanı tərk etdi (VİDEO)
Bakı-Moskva reysinin bir sərnişini təyyarə komandirinin salonda oturan sərnişin tanışları ilə söhbət etmək üçün uçuş zamanı mütəmadi olaraq kabinadan çıxdığının şahidi olub. 

Sfera.az qaynarinfo-ya istinadən xəbər verir ki, həmin sərnişin çəkdiyi video qeydi NEWS.ru saytının redaktoruna təqdim edib.

Sərnişinin sözlərinə görə, o, yanvarın 7-də Azərbaycanın AZAL aviaşirkətinin Airbus A320 təyyarəsində Bakıdan Moskva Vnukovo hava limanına uçub. Ekipaj komandiri bir neçə dəfə salonda oturan bir adamla söhbət etmək üçün kabinədən çıxıb və həmin sərnişin bunu telefonun video yaddaşına yazıb. Narahat sərnişinlərin suallarına cavab verən baş pilot deyib ki, həyat yoldaşının tanışları ilə görüşür, buna görə də kabinəni tərk edib. Komandirin davranışı, xüsusilə təyyarənin vaxtaşırı gərginliyə düşdüyünü nəzərə alaraq, sərnişinlərin əsəblərinə toxunub.

NEWS.ru sərnişinlərin şikayətinə münasibət öyrənmək üçün AZAL Hava Yollarına rəsmi sorğu göndərib.

"İstəyinizə cavab olaraq bildiririk ki, bu hadisə ilə bağlı daxili araşdırma aparılmalıdır. Yoxlamanın nəticələrinə əsasən təyyarə komandirinin hərəkətləri qiymətləndiriləcək və hava şirkətinin norma və qaydaları pozulduğu təqdirdə ekipajla bağlı müvafiq tədbirlər görüləcəkdir”, - AZAL Hava Yollarından sorğuya cavab olaraq bildirilib.

Şirkət həmin uçuş komandirinin adını verməkdən imtina edib. NEWS.ru saytının məlumatına görə, onun adı Tahir Zərbəliyevdir. Sayt 
mütəxəssislərdən baş pilotun hərəkətlərinin uçuş qaydalarına nə dərəcədə uyğun olub-olmadığını və komandirinin davranışının sərnişinlərin həyatına təhlükə yaradıb-yaratmadığını soruşub.

"Adətən iki ekipaj üzvü varsa, onlar otağa qapanırlar. Onlara heyət komandirinin icazəsi ilə iş yerini qısa müddətə tərk etməyə icazə verilir. Bəzən üçüncü pilot – salon bələdçisi də olur. Onda həmin pilot arxayın şəkildə salonda gəzə bilər. Ancaq zərurət olmadan bunu etmək lazım deyil. Əlbəttə ki, bu video yayımlandıqdan sonra pilot tapılacaq və ona "canavar bileti" veriləcək. Bu, eynən ona oxşayır ki, bir komandir sevgilisini sükan arxasına dəvət edərək ona An-24-ü idarə etməyə icazə vermişdi. Başqa bir komandir isə A310 təyyarəsinin sükanına öz oğlunu oturmuşdu.

Dönüş zamanı o, sürəti artırmış, nəticədə 300-ə yaxın insan həlak olmuşdu. Bundan sonra, kokpitə icazəsiz kənar şəxslərin daxil olması qadağan edildi və kamera quruldu. Və kameralar kiminsə kokpitə girdiyini göstərirsə, gəmi komandirinə böyük problem yaranır. İş yerini, dediyim kimi, yalnız qısa müddətdə və fövqəladə hallarda tərk edə bilərsiniz. Yəni söhbət fizioloji ehtiyaclardan gedir. Ancaq ekipaj üzvlərindən biri iş yerini tərk edərkən, baş salon bələdçisi içəri girməli və kokpitdə olmalıdır – çünki kabinədə bir nəfəri tək qoymaq olmaz.

Çünki belə bir vəziyyət olub: ikinci pilot kabinada qalıb, komandir isə sərnişinlərlə söhbət etməyə çıxıb. Nəticədə təyyarə dağa çırpılıb. Bundan sonra bir tövsiyə hazırladıq – pilotlardan biri kokpitdən çıxarsa, salon bələdçisi kokpitə getməlidir. Çünki kokpitdə qalan bir pilot qəfildən xəstələnsə və orada bağlı qapı arxasında qalsa, o zaman kokpiti kənardan açmaq mümkün olmayacaq - çünki qapı zirehlidir. Salon bələdçisi bu qapını açmalı və o biri pilotu içəri buraxmalıdır ki, təyyarə ən yaxın hava limanında təhlükəsiz eniş etsin”, - Rusiya Federasiyasının əməkdar pilotu Yuri Sıtnik deyib.

Təqaüdçü pilot Yuri Sıtnikdən fərqli olaraq hazırkı həmkarı və həmkarlar ittifaqı fəalı, Rusiya Uçuş Birliyinin vitse-prezidenti Alfred Malinovski Azərbaycan hava yollarının uçuş heyəti komandirini müdafiə edib:

"Burada cinayət tərkibli bir şey görmürəm. Təyyarə komandiri yerini tərk etmək hüququ olmayan zəncirlənmiş qul deyil, onun ikinci pilotu da var. Tualetə gedə bilər, salonda gəzişərək orada nələr baş verdiyini görə, sərnişinlərlə söhbət edə, onların suallarına cavab verə və hətta tanışlarıyla görüşə bilər. Qadağan olunmayan hər şeyə icazə var. Bu yolla gedib axmaqlığacan çıxmaq olar. Bu nəsə bir növ fobiyadır”.

OXŞAR XƏBƏRLƏR

Çingiz Abdullayevdən səhhəti ilə bağlı PAYLAŞIM: "Ola bilsin ki, mənim üçün..." - FOTO

“Mən yenidən doğuldum”.   Sfera.az bildirir ki, bunu dünən xəstəxanadan evə buraxılan Xalq yazıçısı Çingiz Abdullayev deyib. O, səhhətin...

Xoşqədəm Hidayətqızı izləyicisinə QARĞIŞ ETDİ: "Canına tökülsün" - FOTO

Aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla paylaşdığı fotolara gələn rəylərə əsəbiləşib.   Sfera.az bildirir ki, o, izləyicilərinə sərt ...

” Biz bilirdik ki, Azərbaycan nə zaman istəsə bu qoşunları ölkədən çıxaracaq” - Millət vəkili

“Çünki bütün bu illər ərzində deyirdilər ki, “Rusiya qoşunları Azərbaycandadır və buradan cıxmayacaq” kimi cəfəng fikirlər səsləndirirdilər. B...

ABB-dən cəmi bir günə tender qarantiyası

ABB hüquqi şəxslərə və sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərə dəstək məqsədilə bank vəsaiti hesabına tender qarantiyası  şərtlərini sadələşdiri...

Bu iki şirkətin direktorlarına CİNAYƏT İŞİ BAŞLANDI

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətind...

UEFA Çempionlar Liqasında həftənin futbolçusu adına namizədlər AÇIQLANDI

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşlərindən sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.   Sfera.az xəbər verir ki,...