Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar - TAM SİYAHI

Azərbaycan pasportu ilə bu ölkələrə vizasız getmək olar - TAM SİYAHI

"Henley&Partners" şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini göstərən növbəti pasport reytinqini dərc edib. 

Yeniavaz.com "Henley&Partners" şirkəti tərəfindən açıqlanan hesabata istinadən bildirir ki, Azərbaycan pasportu reytinq siyahısında də 76-cı yerdə qərarlaşıb.

Reytinq siyahısı vizasız ya da sərhəd qapısında viza alaraq ziyarət edə biləcəkləri ölkələrin sayına əsasən tərtib edilir. Reytinq siyahısında ilk sırda qərarlaşan Yaponiya pasportu ilə 191 ölkəyə vizasız səfər etmək mümkündür.
Siyahıda ilk onluqda yer alan ölkələr bunlar olub:

  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına
1 Yaponiya 191
2 Sinqapur 190
3 Almaniya 189
4 Cənubi Koreya 189
5 Finlandiya 188
6 İtaliya 188
7 Danimarka 187
8 Lüksemburq 187
9 İspaniya 187
10 Fransa 186

 
Onu da qeyd edək ki, Azərbaycan pasportu region ölkələri arasında orta sıralarda qərarlaşıb. Region ölkələrinin reytinq sıralamasıdakı mövqeyi belə olub:

  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına
43 Ukrayna 128
49 Moldova 120
51 Rusiya 118
53 Gürcüstan 116
55 Türkiyə 111
67 Qazaxıstan 76
68 Belarus 75
76 Azərbaycan 67
80 Qırğızıstan 63
81 Ermənistan 62
84 Tacikistan 58
90 Türkmənistan 52
98 İran 41

 
Siyahıda son sırda yer alan ölkələr isə bunlar olub:

  Ölkələr Vizasız gedə biləcəkləri ölkələrin sayına
107 Əfqanıstan 26
106 İraq 28
105 Suriya 29
104 Somali 32
103 Pakistan 32
102 Yəmən 33

 
Qeyd etdiyimiz kimi, Azərbaycan pasportu dünyanın 67 ölkəsinə vizasız səfər etmək hüququ verir. Azərbaycan vətəndaşlarının vizasız ya da sərhəd qapısında viza alaraq səfər edəcəyi ölkələr bunlardı:
1. Cibuti
2. Nambiya
3. Seyşel adaları
4. Antiqua və Barbuda
5. Barbados
6. Dominikan
7. Ekvador
8. Somali
9. Toqo
10. Uqanda
11. Zimbabve
12. Tuvalu
13. Vanutu
14. Baham
15. Yamayka
16. Sent-Vinsent və Qrenadin
17. Boliviya
18. Haiti
19. Suriya
20. Qrenada
21. Malayziya
22. Maldiv adaları
23. Kuk adaları
24. Mikroneziya
25. Niue
26. Palau
27. Samoa
28. Benin
29. Kabo-Verde
30. Komor adaları
31. Qvineya-Bisau
32. Madaqaskar
33. Mavritaniya
34. Mavriki 
35. Mozambik
36. Ruanda
37. Kolumbiya
38. Nikaraqua
39. Laos
40. Makao
41. Malaziya
42. Maldiv
43. Nepal
44. Şri-Lanka
45. Şərqi Timor
46. Qətər
47. Qazaxıstan
48. Qırğızıstan
49. Tacikistan
50. Özbəkistan
51. Belarus
52. Gürcüstan
53. Ukrayna
54. İran
55. Moldova
56. Rusiya
57. Türkiyə
58. Banqladeş
59. Kamboçya
60. İndoneziya
61. Albaniya
62. Bosniya və Herseqovina
63. Monteneqro 
64. Şimali Makedoniya
65. Serbiya
66. İordaniya
67. Livan


OXŞAR XƏBƏRLƏR

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...

Devid Kemeron Türkmənistanda SƏFƏRDƏDİR

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Aşqabadda səfərdədir.   Sfera.az xəbər verir ki, bu barədə Türkmənistan mediası məlumat yayıb. ...

Dünya beyin mərkəzləri nümayəndələrinin Qarabağa səfəri BAŞLADI - FOTO

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçılarının Qarabağ regionuna səfəri başlayıb.   Sfera.az xəbər verir ki...

Bayden bu gün Ukraynaya yardım layihəsini İMZALAYACAQ - Paketə həm də nələr daxildir?

Aprelin 24-də ABŞ Prezidenti Co Bayden Kiyevə silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiq etdiyi Ukraynaya yardım qanun layihəsini imzalayacaq.  ...

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...