Cəmİyyət

Azərbaycan pasportu ilə 190 ölkəyə səyahət etmək üçün nə etməli?

Azərbaycan pasportu ilə 190 ölkəyə səyahət etmək üçün nə etməli?
"Vizasızlaşmaya gedən ölkə digər dövlətdən bununla bağlı nəsə güzəşt istəyirsə, özü də bunun müqabilində ona nəsə verməlidir".
 
Sfera.az-a açıqlamasında bu sözləri Henley & Partners şirkətinin 2018-ci il üzrə Henley Passport İndeksini müəyyənləşdirməsi və Azərbaycanın burada aşağı əmsalla 99 ölkə arasında 75-ci yerdə olmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib.
 
Həmsöhbətimizin fikrincə, Azərbaycanla bağlı belə vəziyyətin mövcudluğu ikitərəfli münasibətlərdən qaynaqlanır:
 
"Həmçinin, yaranmış vəziyyət hökumətin bu istiqamətdə daha az maraqlı olması, prosesdə daha az səy göstərməsinin nəticəsidir. Hər hansı bir ölkənin dünyanın digər ölkələrilə daha geniş mənada sosial-iqtisadi münasibətləri yüksək səviyyədə qurulursa, bu halda vizasızlaşma prosesi də sürət götürür. Amma Azərbaycanda bu istiqamətdə indiyə kimi ortaya ciddi mövqe qoyulmayıb. Bu günə qədər bu istiqamətdə marağımızı kölgədə saxlayan neft gəlirləri olub. Vizasızlaşmaya gedən ölkə digər dövlətdən bununla bağlı nəsə güzəşt istəyirsə, özü də bunun müqabilində ona nəsə verməlidir. Yəni vətəndaşlarımızın hansısa ölkəyə vizasız getməyini istəyiriksə, həmin ölkə vətəndaşlarımızın bura gəlməsi üçün də vizasız şərait yaradılmalıdır. Burada müəyyən təhlükəsizlik məsələləri ortaya çıxır. Məsələn, Azərbaycan vətəndaşları Türkiyə və İrana vizasız getdiyi halda, həmin iki dövlətin vətəndaşlarının ölkəmizə vizasız gəlişi mövcud deyil. Bununla bağlı hər iki ölkə tərəfindən dəfələrlə irad bildirilib. Halbuki, təhlükəsizlik kontekstindən yanaşsaq, Azərbayan üçün ən riskli ölkə Rusiya olmasına baxmayaraq, şimal qonşumuzla ikitərəfli viza rejimi mövcuddur. Bu kimi məsələlərə görə, Azərbaycan pasportu beynəlxalq reytinqlərdə daha zəif mövqedə yerləşib”.
 
Qeyd edək ki, Henley & Partners şirkəti cari il üçün Henley Passport İndeksini açıqlayıb. Bu İndeks viza tələb olunmadan səfər edilə bilən ölkələrin sayı əsasında tərtib edilir. Yəni viza olmadan nə qədər çox ölkəyə səfər etmək mümkündürsə həmin ölkənin passportu bir o qədər yüksək reytinq əldə edir. İndeksə görə Azərbaycan 99 ölkə arasında 75-ci yerdə cəmləşib və bizim pasportla cəmi 66 ölkəyə vizasız getmək mümkündür. Qonşu Gürcüstan vətəndaşları 112, Ukryana vətəndaşları isə 128 ölkəyə vizasız səfər edir. Yaponiya isə bu məsələdə liderdir. Gündoğar ölkə vətəndaşları öz pasportları ilə 190 ölkəyə viza olmadan səyahət etmək imkanına malikdir.
 
ELÇİN 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31