Azərbaycan ötən il qaz ixracından 2,2 mlrd. dollar əldə edib

Azərbaycan ötən il qaz ixracından 2,2 mlrd. dollar əldə edib
2020-ci il ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12,424 mlrd kubmetr həcmində təbii qaz ixrac edib.

Sfera.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 2,191 mlrd ABŞ dolları təşkil edib.

Bu daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə həcm baxımından 0,9 %, dəyər baxımından isə 7,45 % azdır.

Ötən il ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 15,94 % olub.


OXŞAR XƏBƏRLƏR