\"Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib\"- DEPUTAT

\
 

Xəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı onlar ölkə daxilində də müxtəlif təxribatlar törədərək mövcud sabitliyi pozmağa çalışır. Onlar çirkin əməllərini reallaşdırmaq üçün ölkəmizdə olan əlaltılarından istifadə edirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, iyulun 12-də başlayan Tovuz istiqamətində gedən döyüşlər ordumuzun gücünü və qüdrətini bir daha sübut etdi:

 

"Müharibə təəssüf ki, itkisiz olmur: "Son bir neçə gündə şəhid olan bütün hərbiçilərimizə və generalımıza Allahdan rəhmət diləyirəm.
Ermənistandan fərqli olaraq Azərbaycan ordusu döyüşə yalnız sıravi əsgərlərlə deyil yüksək rütbəli hərbiçilərlə girib. Mayor və generallarımız müstəqiliyimiz, ərazi bütövlüyümüz və əsgərlərimizi qorumaq üçün düşünmədən belə canlarını fəda etdilər.

Həqiqətən də bu kədərli olduğu kimi həm də qürurverici bir hadisədir. Azərbaycan qəhrəmanlar dövlətidir. Bizim Mübariz İbrahimov, Fərid Əhmədov, Murad Mirzəyev, Salatın Əsgərova, Gültəkin Əsgərova kimi qəhrəman oğul və qızlarımız var. İnsanların ordumuza dəstək olmaq və könüllü olaraq döyüşə getmək istəyi onların necə qeyrətli və vətəninə bağlı olduğunu bir daha sübut etdi.

Təəssüf ki, ermənilər tək cəbhədə deyil həm də sosial şəbəkələr və ölkəmizin daxilində də təxribatlara əl atırlar. Ermənilər insanlarımızın orduya və dövlətə olan inamını zədələmək üçün müxtəlif yalanlar yayır, təxribatlar törədirlər. Bu yolda onlara daxilimizdəki sapı özümüzdən olan baltalar da yaxından kömək edirlər. 5-ci kalonun nümayəndələri erməni havadarlarının göstərişi ilə dünənki qəhrəmanlıq yürüşünü pozaraq müxtəlif təxribatlara əl atdılar. Onlar hətta Milli Məclisin binasına girərək daxıntılar törədiblər. Ermənilərin ölkəmizin daxilində təxribatlara əl atması, sosial şəbəkələr vasitəsi ilə yalan məlumatları yaymaqda məqsədi insanlarımızda olan ruh yüksəkliyini aradan qaldırmaq və dövlətimizə, ordumuza olan inamı zədələməkdir.

Onlar müxtəlif yollarla insanlarımızın fikrini cəbhədə gedən proseslərdən yayındırmaq istəyirlər. Çünki gənc vətənpərvər oğullarımızda olan döyüş və torpaqlarımızı işğaldan azad etmək arzusu erməniləri qorxuya salır. Hər zaman olduğu kimi Ermənistan və onların əlaltəları yenə də məqsədlərinə çata və iyrənc oyunlarını reallaşdıra bilmədi. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanına, ordusuna və dövlətinə inanır, dəstək olur. Nəyinki ermənilər heç bir kəsin bu gün insanlarımızda olan ruh yüksəkliyini və ordusuna olan etibarını zədələyə bilməz. Tezliklə Ali Baş komandanımızın rəhbərliyi ilə yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan silahlı qüvvələri Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğradıb torpaqlarımızı işğaldan azad edəcək".


 


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...