Azərbaycan növbəti tarixi qələbəyə imza atdı - Mehriban Əliyeva

Azərbaycan növbəti tarixi qələbəyə imza atdı - Mehriban Əliyeva

 

"Azərbaycan növbəti tarixi qələbəyə imza atdı. Bu Oyunların Azərbaycanda keçirilməsi İslam aləminin Azərbaycan hörmətinin təzahürüdür".

 

Sfera.az xəbər verir ki, bu sözləri bu gün IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində çıxışında birinci vitse-prezident və "Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva söyləyib.

 

M. Əliyeva deyib ki, bu günlər ərzində Azərbaycan xalqı qonaqpərvərliyini və mehribanlığını bir daha göstərdi : "Azərbaycan göstərdi ki, böyük idman dövlətidir. Azərbaycan komanda hesabında birinci yeri qazandı. Bu qələbə münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm. Ən böyük qələbə İslam aləminin birliyinin təntənəsidir. Gəlin bu birliyi qoruyaq, islam həmrəyliyini gücləndirək. Qoy Allah bütün müsəlmanları qorusun".

 

Birinci vitse-prezident bildirib ki, Azərbaycan 10 gün ərzində İslam ölkələrinin idmançılarını bir araya gətirdi: "Ümidvaram ki, Bakıdan əziz xatirələrlə ayrılacaqsınız. Paytaxtımız İslam aləmini açıq qəlblə qəbul etdi. Mən könüllülərə təşəkkür edirəm. Siz bu oyunların uğurlu olmasında böyük rol oynadınız. Atletlər bu Oyunun döyünən ürəyi idisə, siz geniş qəlbi idiniz. Mən idmançılara, təşkilatçılara və könüllülərə təşəkkürümü bildirirəm. Növbəti Oyunlar 2021-ci ildə İstanbulda keçiriləcək".

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Mədə yanması dərmanları miqrenə səbəb olur

Merilend Universiteti tərəfindən aparılan bir araşdırmada tez-tez istifadə edilən mədə yanması dərmanları ilə miqren riskinin artması arasında əlaqə aşkarlanıb....

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...