“Azərbaycan nəinki hücuma, ildırımsürətli əməliyyata hazırlaşır...”

“Azərbaycan nəinki hücuma,  ildırımsürətli əməliyyata hazırlaşır...”
Rusiyalı hərbi ekspert: "Belə  müasir və dəqiq silah  nə Ermənistan, nə də Rusiya ordusunda var...” 
"Azərbaycan təlimlərdə Rusiyanın özünün bahalığına görə işlətmədiyi "T-90S” tankından istifadə edir...”

"Təlimlərdə iştirak edən silahların təsnifatı Azərbaycanın müharibəyə hazırlaşmasından xəbər verir”. 

Bu sözləri  Rusiya İqtisadiyyat Universitetinin dosenti,  Rusiya Zabitləri Ekspert Şurasının üzvü, hərbi politoloq Aleksandr Perenjiev Azərbaycan Silahlı Qüvvələrinin son hərbi təlimləri haqda yerli mediaya açıqlama verərkən söyləyib. 

Politoloqun fikrincə, Azərbaycan yalnız hücuma deyil, "hücumun ciddi qüvvə ilə, qətiyyətli və güclü  şəkildə həyata keçirildiyi ildırımsürətli bir əməliyyata hazırlaşır. Sürətli hərəkətlər məşq edilir ki, hücum gözlənilməz və intensiv olsun. Aydındır ki, bu Dağqlıq Qarabağa hücum qruplaşmasıdır...” 

"Dağlıq Qarabağ münaqişəsinin həlli üçün sülh prosesinin ümumiyyətlə aparılmadığını nəzərə alsaq, yaxın zamanda müharibəni gözləmək olar", - deyə A.Perenjiev vurğulayıb.  


Tanınmış rusiyalı hərbi icmalçı  Pavel Felqenqauer də  Azərbaycanın  torpaqlarının azad edilməsi əməliyyatlarına hazırlaşma ehtimalının güclü olduğunu bildirib. Mütəxəssis bunu daha çox təlimlərdə yüksək dəqiqliyə malik ən müasir silahlardan istifadə edilməsi ilə əsaslandırıb.  
"Rusiya tərəfindən ixrac üçün hazırlanan "T-90S” tankı Azərbaycanın hücum təlimlərində iştirak edir. Halbuki, Rusiya ordusunda, bu tank bahalı qiymətinə görə, demək olar ki, istifadə edilmir. Çünki ondan heç də geri qalmayan və ucuz başa gələn analoqları var. Bunlardan biri də "T-72B3 tankıdır...”  
Картинки по запросу танки т-90с в азербайджанской армии

Hərbi ekspert  Azərbaycan ordusunda ötən il silahlanmaya qəbul edilmiş  İsrail istehsalı olan "Lora” raket sistemini  xüsuslilə yüksək dəyərləndirib. P. Felqenqauerin sözlərinə görə,  belə müasir texnologiyalı və  dəqiq silah  nə Ermənistan, nə də Rusiya ordusunda var... 

Rusiyalı ekspert əmindir ki, Azərbaycan son təlimlərlə Ermənistanla müharibəyə hazırlaşır. 

"Azərbaycan açıq-aydın müharibəyə hazırlaşır. Danışıqlarda irəliləyişə heç bir işarə də edilmədiyi halda müharibə tezliklə olacaq"-deyə  hərbi icmalçı fikirlərini yekunlaşdırıb.Moderator

OXŞAR XƏBƏRLƏR