Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı
09:57 / 11.10.2016
1196
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 1,12 dollar və yaxud 2,13% artıb.
"AzeriLight” markalı neftin bir barelinin qiyməti 53,76 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.