Azərbaycan neftinin qiyməti artdı
09:56 / 12.01.2017
1147
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "AzeriLight” markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar yaxud 1,28% bahalaşıb.
"AzeriLight” markalı neftin bir barelinin qiyməti 55,38 dollara bərabər olub.
Xatırladaq ki, "AzeriLight” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.