İqtİsadİyyat

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü

Azərbaycan neftinin qiyməti 80 dolları ötdü
Azərbaycanın dünya bazarına çıxardığı  "Azeri LT CIF” markalı xam nefti bahalaşıb. 

Bu gün səhər saatlarına 1 barel neftin qiyməti 1,3 dollar (1,65%) yüksəlib. 

Nəticə də "Azeri LT CIF” 80,29 dollar təşkil edib. 

Qeyd edək ki, dünya birjalarında neftin qiyməti yüksəlir. Bu gün "Brent” markalı Şimal dəniz neft qatışığının noyabr fyuçerslərinin qiyməti bir barel üçün 79,39 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı yüngül neftin oktyabr fyuçerslərinin qiyməti bir barel üçün 69,85 dollar təşkil edib.
AdRiver

XƏBƏR LENTİ