Azərbaycan nefti üç dollara yaxın bahalaşdı

Azərbaycan nefti üç dollara yaxın bahalaşdı
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 15-də 77,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,93 dollar/barel çoxdur.

Sfera.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,93 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 75,17 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.
 

OXŞAR XƏBƏRLƏR