Maqazİn

"Azərbaycan musiqisinin anasını, atasını..." — Elnarədən onu tanımayan Nigara - Video

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nigar Camalın onu tanımamasına münasibət bildirib.

Sfera.az xəbər verir ki, xanəndə bu barədə "Show news" verilişinə danışıb. O özünün də Nigarı tanımadığını deyib:

"Nə edim, gedim vurub öldürüm yazığı? Tanımır da. Mən də onu belə tanımıram. Hələ bir soruşun muğam ifaçıları kimisə bəyənir, ya yox? Biz şou adamı deyilik, muğam ifaçısıyıq. Xalqın dərrakəli, ağıllı, qabiliyyətli ifaçıları olmalıyıq.

Azərbaycan musiqisinin anasını, atasını çiynində gəzdirın bizik. Kiminsə bizi tanıyıb-tanımaması, bəyənib-bəyənməməsi önəmli deyil.  Biz Azərbaycan xalqının mədəniyyətinə xidmət edirik. Mədəniyyət də muğam və aşıq sənətidir".(yeni sabah)


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031