Azərbaycan Müdafiə Nazirliyinin "twitter" hesabı açıldı
02:53 / 01.02.2016
829
Fevralın 1-dən Azərbaycan Müdafiə Nazirliyinin yeni rəsmi "Twitter" hesabı fəaliyyətə başlayıb.
Sfera.az modern.az-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, nazirliyin rəsmi səhifəsində 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə
Azərbaycan Respublikası müdafiə nazirinin Silahlı Qüvvələrin şəxsi heyətinə təbriki,
həmçinin Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu birgə tədbirlər planı ilə bağlı məlumat yerləşdirilib.