Azərbaycan millisində yeni baş məşqçi

Azərbaycan millisində yeni baş məşqçi

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi müəyyənləşib.

Sfera.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Azər Məmmədova həvalə olunub.

Futbolçu karyerası dövründə "Turan”, "Kəpəz”, "Şəmkir”, MOİK, "Xəzri”, "Qarabağ” və "Qəbələ”nin şərəfini qorumuş, Azərbaycan millisinin də formasını geyinmiş Məmmədov məşqçi kimi "Kəpəz”də çalışıb. O, Gəncə təmsilçisinin müxtəlif komandalarında fəaliyyət göstərib.

DİGƏR XƏBƏRLƏR


---