Azərbaycan manatı toyda xəzəl kimi ayaqlar altında qaldı - VİDEO
Cəmiyyət
12:26 / 21.04.2019
13749
Azərbaycanda baş tutan toy məclislərinin birində xoşagəlməz görüntülər qeydə alınıb.
Sfera.az oxu24.com-a istinadla xəbər verir ki, Azərbaycanın bölgələrinin birində baş tutan toy məclisində müğənni "Şəmkir çay" mahnısı ifa edib. Bu zaman Azərbaycan pulları xəzəl kimi rəqs edən şəxslərin ayaqları altına səpilib. Görüntülərdə xeyli miqdarda pulun olduğu aydın görünür.
Məlumat üçün qeyd edək ki, Azərbaycan manatı ölkənin atributlarından hesab olunur. Onun cırılması, qəsdən yararsız hala salınması qanunla qadağan edilir.
Toydan həmin videonu təqdim edirik: