Azərbaycan kubokunun qalibi müəyyənləşib

Azərbaycan kubokunun qalibi müəyyənləşib
Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Qəbələ şəhər stadionundakı matçla 2017/18 mövsümünə yekun vurulub.

Azərbaycanda Cümhuriyyətin 100 illik yubileyi gününə təsadüf edən finalda "Keşlə" və "Qəbələ" qarşılaşıb. İndiyədək komandalardan heç biri kubok qazanmadığından mükafat yeni sahibini tanıyıb.

Görüş "Keşlə"nin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Pərdis Fərcad-Azadın 71-ci dəqiqəsində vurduğu qol matçda yeganə olub. 
Qəbələdəki qələbə iki dəfə çempion, bir dəfə "Birlik Kuboku"nun qalibi olan bakılılar üçün ümumilikdə 4-cü titul olub.

Görüş həm də Azərbaycanın Avropa Liqasındakı son təmsilçisini müəyyənləşdirib. Bakılılar ölkəmizi Avrokuboklarda təmsil edəcək son komanda olub.
Azərbaycan kuboku
Final
28 may (bazar ertəsi)
 
"Keşlə" - "Qəbələ" - 1:0
Qol: Pərdis Fərcad-Azad, 71


Qırmızı vərəqə: İlqar Qurbanov, 88
 
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA Nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Vüsal Əliyev

Qəbələ şəhər stadionu

"Keşlə": 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov, 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 90. Ebrima Sohna
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Pərdis Fərcan-Azad, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı, 58. Sinan Akkoyun, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev, 16. Şahin Zəkiyev
Məşqçi: Sergey Revit

"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 18. İlqar Qurbanov, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev
Baş məşqçi: Roman Qriqorçuk
 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...