Azərbaycan kubokunun püşkü atıldı

Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan Kubokunun 2016/17 mövsümünün püşkatma mərasimi keçirilib. 
18 komandanın iştirakı ilə baş  tutan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, eləcə də jurnalistlər iştirak ediblər. Püşkatma nəticəsində 1/16 final və 1/8 final mərhələsinin cütlükləri müəyyənləşib.
Məlumat üçün qeyd edək ki, bu mərhələlərin taleyini bir oyun həll edəcək. 1/4 final mərhələsindən etibarən görüşlər ev-səfər prinsipinə uyğun keçiriləcək. 

Azərbaycan kuboku
1/16 final
12 oktyabr
1. "Turan Tovuz” - "Bakılı”
2. "Şəmkir” - "Qaradağ Lökbatan”
1/8 final
2-3 dekabr
3. 1-ci cütün qalibi - "Zirə”
4. "Neftçi” -"Şərurspor”
5. "Qarabağ” -  "Səbail”
6. MOİK - "Sumqayıt”
7. "İnter” – 2-ci cütün qalibi
8. "Şahdağ” - "Kəpəz”
9. "Qəbələ” - "Zaqatala”
10. AZAL -  "Rəvan”


OXŞAR XƏBƏRLƏR