Azərbaycan “Keşikçi dağ” ətrafında sərhədçilərin sayını artırdı?

Azərbaycan “Keşikçi dağ” ətrafında sərhədçilərin sayını artırdı?
Ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur

Azərbaycan Gürcüstanla sərhəddə yerləşən "Keşikçi dağ” (Gürcüstan tərəfinin versiyasına görə "David Qareci”)  monastır kompleksi ətrafında sərhədçilərinin sayını kəskin artırıb. Bu haqda "Rustavi-2” telekanalı məlumat yayıb.

Kirion monastırının arximandritinə istinadən bildirilir ki, hazırda bu ərazidə turistlərin və zəvvarların hərəkəti üçün məhdudiyyət yoxdur. Amma istisna deyil ki, Azərbaycan sərhədçiləri mayın 5-də "Keşikçi dağ”a gedişi bağlayacaqlar.

"Əvvəllər onların sərhədçilərinin sayı cəmi 2 idi. İndi isə təxminən 18 nəfərdir, heç vaxt bu qədər çox olmamışdılar”-məlumatda deyilir.

Xatırladaq ki, bir neçə gün əvvəl "Keşikçi dağ” monastrı ətrafında Azərbaycan və Gürcüstan arasında gərginlik yaranıb. Azərbaycan sərhədçiləri gürcü ziyarətçilərinin monastıra hərəkətini məhdudlaşdırıb. Bu addım Gürcüstan prezidenti Salome Zurabişvilinin Azərbaycanla sərhədlərin mümkün qədər tez delimitasiya olunmasına çağırışından sonraya təsadüf edir.

"Keşikçi dağ” Qafqaz Albaniyası dövrünə aid olan və Azərbaycan ərazilərində yerləşən qədim monastırdır. Gürcü tərəfi isə bu monastırın onlara aid olduğunu iddia edir.

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...