Azərbaycan iqtisadiyyatı 3,5% azalıb

Azərbaycan iqtisadiyyatı 3,5% azalıb
2016-cı ilin yanvar-mart aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 12 mlrd. 588,7 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5% az ümumi daxili məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumata görə, azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının keçən ilin eyni dövrü ilə müqayisədə azalması olub.
Əlavə dəyərin 39%-i sənayedə, 13,3%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,4%-i tikinti, 6,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,8%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2%-i informasiya və rabitə, 16%-i isə digər sahələrdə istehsal edilib.
Məhsula və idxala xalis vergilər ÜDM-in 8,3%-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 1 311,6 manata bərabər olub.

OXŞAR XƏBƏRLƏR