Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, "TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var.

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

Qeyd edək ki, dünya çempionatı bu il 12 - 19 dekabrda təşkil ediləcək.

OXŞAR XƏBƏRLƏR