Azərbaycan İKT mallarının idxalına yüz milyonlarla dollar xərcləyir

Azərbaycan İKT mallarının idxalına yüz milyonlarla dollar xərcləyir
Azərbaycan ötən il informasiya kommunikasiya texnologiyalarına (İKT) aid məhsulların idxalına 621 milyon dollardan çox vəsait xərcləyib. Bu məbləğ 2019-cu illə müqayisədə 90,7 milyon dollar, yəni 17,1 faiz çoxdur. 

Sfera.az bildirir ki, Azərbaycan son 10 ildə İKT məhsullarının idxalını təxminən 2 dəfə, son 5 ildə 2,4 dəfə artırıb. İdxalın sürətlə artması hesabına cəmi idxalda İKT məhsullarının payı 2 faizdən 5 faizə yüksəlib. 

Ölkəmiz İKT məhsulları arasında ən çox vəsaiti telekommunikasiya avadanlıqlarının idxalına xərcləyir. Telekommunikasiya məhsullarına 296,5 milyon dollar xərclənib ki, bu da cəmi İKT mallarının idxalının 47,7 faizini təşkil edib. 

İKT malları arasında ikinci ən çox pul kompüter və periferiya avadanlıqlarının idxalına sərf olunub. Bu mal qrupu üzrə idxal xərci 169 milyon dollar olub. Elektron avadanlıqlara 103,7 milyon dollar, digər İKT məhsullarına 52,2 milyon dolar xərclənib. 

Ötən il idxalda ən çox artım kompüter və periferiya avadanlıqlarının alışında müşahidə edilib. Kompüter və periferiya avadanlıqlarının idxalı 52,5 milyon dollar və ya 45 faiz artıb. 

İKT mallarının çeşidi çox olsa da, vəsaitin böyük hissəsi bir neçə malın idxalına xərclənir. Ötən il mobil telefon idxalına 207,7 milyon dollar, kompüter idxalına 73 milyon dollar, televizor idxalına 62 milyon dollar sərf olunub. 

Azərbaycan ötən il az miqdarda da olsa İKT məhsulu ixrac edib. Ötən il İKT məhsullarının ixracının dəyəri 19,7 milyon dollar olub. Son bir ildə İKT məhsullarının ixracında 5 dəfəyə yaxın artım qeydə alınıb. Azərbaycanın ixrac etdiyi əsas İKT məhsulu kompüterlər üçün hissə və ləvazimatlardır. Bu məhsulların ixrac dəyəri 12,1 milyon dollar təşkil edib.  Dəyərinə görə ikinci ən çox ixrac edilən məhsul noutbuklardır. Azərbaycan noutbuk ixracından 2,1 milyon dollar gəlir əldə edib. 

Müqayisə göstərir ki, ötən il Azərbaycanın İKT üzrə idxalı ixracından 31,5 dəfə çox olub. İKT ticarətinə görə ölkəmiz 601 milyon dollar itirib. 

Vasif
Sfera.az
  


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...