“Azərbaycan hər an müharibəyə başlaya bilər”-erməni politoloq Angela Əlibəyova

“Azərbaycan hər an müharibəyə başlaya bilər”-erməni politoloq Angela Əlibəyova
Azərbaycan təfəi hər zaman sülhün tərəfdarı olub. Ölkə başçısı, Ali Baş Komandan bütün çıxışlarında Ermənistan tərəfini işğal etdikləri torpaqları boşaltmağa  cağırış edib. Ölkə başçısı son çıxışlarının birində "müharibə istəyən ermənilərə 2016-cı ilin aprelində müharibənin necə olacağını göstərdik” deməsi, lazım olanda anda belə sarsıdıcı zərbənin vurulucağını açıqlamışdı. Görünən odur ki, erməni tərəfi Ali Baş Komandan İlham Əliyevin son çıxışlarını diqqətlə izləyib. Ermənilər açıq etiraf edirlər ki, Azərbaycan müharibəyə başlasa onlar üçün çox çətin olacaq.
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində mümkün bir irəliləyiş barədə Azərbaycan prezidenti İlham Əliyevin bəyanatı erməni tərəfinin nəzarəti artırması üçün siqnal olmalıdır ", - erməni politoloq Angela Əlibəyova bildirib.

Dekabrın 14-də ölkə başçısı İlham Əliyev 2018-ci ildə idman nəticələrinə həsr olunmuş mərasimdə bildirib ki, bu gün Qarabağ münaqişəsinin həlli üçün ən əlverişli vəziyyət yaranıb.
"Azərbaycan tərəfi 2019-cu ildə münaqişənin həlli baxımından müəyyən növlərə malikdir və onlar öz lehinə müsbət irəliləyiş gözləyirlər, bu da Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşləri ilə bağlı verdikləri bəyanatlardan da bəllidir", - Əlibəyova jurnalistlərə bildirib.

Elmar Məmmədyarovun və Zöhrab Mnatsakanyanın Qarabağ münaqişəsinə dair növbəti görüşü dekabrın 5-də Milan şəhərində keçirilib. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti üç saat davam edən görüşdə tərəflərin bir-birinin mövqeyini daha yaxşı başa düşməsi baxımından çox vacib və faydalı danışıqlar aparıldığını bildirdi.
"Azərbaycan müharibəyə başlasa, bu erməni xalqının sonu ola bilər. Azərbaycanın hansı silahlara malik olduğunu bilirsiz? Etiraf edək ki, Qarabağda olan bölmələrimizdə ciddi problemlər var. Son günlər o bölmələrdən gələn ölüm xəbərləri heç də yaxşı nəsə vəd etmir. Son beş gün ərzində 3 əsgəri ölüb.”-erməni politoloq Angela Əlibəyova həyacan təbili çalaraq erməniləri səfərbəyliyə cağırıb.


OXŞAR XƏBƏRLƏR