Azərbaycan gözəli gecə klubunda türkiyəli məşhurla kameraya düşdü - VİDEO - FOTO

Azərbaycan gözəli gecə klubunda türkiyəli məşhurla kameraya düşdü - VİDEO - FOTO

10:48

Müğənni Mustafa Sandalın azərbaycanlı xanımlarla, xüsusilə "Miss Azerbaijan- 2017" müsabiqəsinin qalibi Raziyyat (Razi) Əliyeva ilə gecə klubunda əylənməsi Türkiyə gündəmini zəbt edib.

Ölkənin populyar instaqram səhifələri onların görüntülərini hesablarında yayıblar. Raziyyat sosial şəbəkədə Mustafa ilə layihə üçün bir araya gəldiyini qeyd etsə də, ətraflı məlumat verməyib.

Sfera.az milli.az-a istinadla bildirir ki, qafqazinfo-nun əldə etdiyi xəbərə görə, M. Sandal gələn il Bakıda konsert vermək niyyətinə düşüb. Bu səbəbdən sözügedən gecənin tanıtım videosu üçün Azərbaycanda instaqram üzrə beş məşhur xanımı seçib.

Onlar keçmiş müğənni Mehin Hümbətova, model- aparıcı Raziyyat Əliyeva, model Kamilə Babayeva, bloqqerlər Kamilə və Lirikadır. Pop ulduz artıq 3 gündür ki, sözügedən xanımları İstanbulda qonaq edir. Azərbaycanlı xanımlar tezliklə video- rolik üçün kamera qarşısına keçəcəklər.

---------
10:05

Türkiyə mətbuatı məşhur müğənni Mustafa Sandalın "yeni münasibəti"ndən yazıb.

Sfera.az milli.az-a istinadla bildirir ki, müğənninin azərbaycanlı model Razi Əliyeva ilə səmimi anları paparazzilərin fotokameralarına tuş gəlib.

 

İkili gecə klublarının birində rəqs edərkən kameraya düşüb. Türkiyə mətbuatı onların sevgili olduğunu iddia edib.

Lakin şəxsi Instagram hesabında birlikdə çəkilən şəkillərini yayan Razi Əliyeva eyni layihədə iştirak etdiklərini bildirib.

Qeyd edək ki, Razi Əliyeva 2017-ci ildə Azərbaycanda keçirilən gözəllik müsabiqəsində qalib olub. O, həm də aparıcı kimi fəaliyyət göstərir.



OXŞAR XƏBƏRLƏR