Azərbaycan Gürcüstana satdığı qazın qiymətini aşağı saldı

Azərbaycan Gürcüstana satdığı qazın qiymətini aşağı saldı
Gürcüstan Azərbaycandan əlavə olaraq 500 mln. kubmetr qaz alacaq.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu, SOCAR və Gürcüstan hökuməti arasında Azərbaycandan nəql olunan qazın həcminin artırılmasına dair Memorandumda öz əksini tapıb.
Sənədi SOCAR prezidenti Rövnəq Abdullayev və Gürcüstan baş nazirini müavini, energetika naziri Kaxa Kaladze imzalayıblar.
Daha bir sənəd Gürcüstanın Neft-qaz Korporasiyasının direktoru David Tvalebeişvili və "SOCAR Gas Export-İmport” şirkətinin rəhbəri Zaur Quliyev arasında imzalanıb.
Sənədə əsasən Gürcüstanda istehlakçılara təklif olunan sosial qazın qiyməti aşağı salınacaq. Bu, əhaliyə məzənnə dəyişikliyindən çəkdiyi zərərin bir qismini kompensasiya etməyə imkan verəcək.
Bundan başqa, SOCAR Gürcüstandakı yanacaqdoldurma məntəqələrinə satdığı hər 1000 kubmetr kommersiya qazının qiymətini 35-40 dollaradək aşağı salır.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...