Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandı

Azərbaycan güləşçisi hərbçilərin Dünya Oyunlarında ermənini yenib medal qazandı

Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazanıb.

Sfera. az oxu.az-a istinadla xəbər verir ki, Mikayıl Rəhmanov (-67 kq) bürünc medal uğrunda görüşdə gənclər arasında son dünya çempionatının gümüş medalçısı Şant Xaçatryanla üz-üzə gəlib.

Yunan-Roma güləşi üzrə idmançımız Ermənistan idmançısıyla prinsipial görüşdən 5:0 hesabıyla qalib ayrılaraq Dünya Oyunlarında III yeri tutub.

 

Qeyd edək ki, daha iki yunan-Roma güləşçimiz – Həsən Əliyevlə (-77 kq) Rafiq Hüseynov (-87 kq) sabah döşək üzərinə çıxacaq.

10:52

Çinin Uhan şəhərində hərbçi idmançılar arasında keçirilən VII Dünya Oyunlarında Azərbaycan bu gün üçüncü medalını qazana bilər. 

Oxu.Az xəbər verir ki, bu gün yarışlarda yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

60 kq-da Murad Bazarov italiyalı Yakopo Sandronu 4:1 hesabı ilə məğlub etsə də, 1/4 finalda hindistanlı Qyanenderə 2:5 hesabı ilə uduzub. Lakin Qyanender yarımfinalda rusiyalı rəqibinə uduzduğundan, Bazarovun da medal qazanmaq şansları itib.

Mikayıl Rəhmanov (-67 kq) isə Azərbaycanın aktivinə üçüncü medalı qazandıra bilər. O, 1/8 finalda suriyalı Əbdülkərim Əlhəsənə (rəqib yarışdan kənarlaşdırılıb), 1/4 finalda Fransa təmsilçisi Mamadassa Sillaya (8:0) qalib gəlib.

Lakin Mikayıl yarımfinalda dünya və ikiqat Avropa çempionu, I Avropa Oyunlarının qalibi olmuş rusiyalı Artyom Surkova 1:3 hesabı ilə uduzub. Vaxtilə yeniyetmələr arasında dünya çempionu olmuş idmançımız axşam seansında bürünc medal görüşünə qatılacaq.

Qeyd edək ki, Azərbaycan bugünədək iki medal qazanıb. Cüdoçularımız Hidayət Heydərovla (-81 kq) və Məmmədəli Mehdiyev (-90 kq) Azərbaycanın aktivinə iki bürünc medal yazdırıb. Bu nəticə ilə medal sıralamasında Azərbaycan XXXIV yerdə qərarlaşıb.


OXŞAR XƏBƏRLƏR