\"Azərbaycan futbolunun \"silah-sursat\" yox, general problemi var\"

\
Qələbələrin təməli strateji olaraq baş qərargahlarda hazırlanır, taktiki olaraq meydanlarda təmin edilir...

Paulyus güclü ordusu, slah-sursatı ilə əsir düşdü. Vlasov əsgərlərini güdaza verib özü satıldı, satdı. Kiyev ətrafında savaşlar tarixində bir döyüşdə ən çox zabit, əsgər qırılıb, qırdırılıb.
Məğlub, məhv edilən sıravi əsgərlərin böyük ölçüdə günahları olmur. Özünü fəda edən döyüş, səngər qəhrəmanlarını çıxmaq şərtilə hamısı təslim olmağa məhkum edilir, mühasirəyə salınır, satılır, generalların səriştəsizliyindən məhvə sürüklənilir.
Bəzi hallarda isə generalların özləri "yuxarı"ların tapşırığını yerinə yetirərək saxta olduqlarını sübut edirlər...
Azərbaycan futbolunun "silah-sursat" problemi yoxdur, baş qərargah, generallar problemi var. Dünya savaşını yanacaqla təmin edən Bakı nefti də illərdi futbola axır...
 
Döyüşlərə əsgərlər sistemli şəkildə hazırlanır, səngərlərə, döyüş meydanlarına göndərilir. Planları hazırlayan, həyata keçirən, məsuliyyət daşıyan baş qərargah və onun bacarıqlı generalları olur. Əks halda məğlubiyyətlər qaçılmazdır. Azərbaycan futbolunda olduğu kimi...
Peşəkar hazırlıqla yanaşı qələbə ruhu, milli qürur, psixoloji hazırlıq, sona kimi döyüşmək, məğlubiyyəti qəbul etməmək, meydanın hər qarşı uğrunda mübarizə aparmaq qələbələri təmin edir. Çıxılmaz vəziyyətdən də çıxış yolları tapılır. Stalinqrad döyüşlərində olduğu kimi...
Azərbaycan futbolunda "vlasovçular" məskunlaşıb, illərdi gəlmə "paulyusçular" bacarıqsız "döyüşçü-futbolçu"lar hazırlayır. Bu azmış kimi kütləvi muzdlu "əsgər-futbolçu"lar gətirilir. Bölgə "qarnizon"ları, milli ruhlu döyüşçülərin hazırlanması çoxdan unudulub...
Təbliğat bütün dövrlərdə əsas silahlardan biri olub. Müasir "listovka"lar məğlubiyyət psixologiyasını aşılayır, "gestapo", "nkevede" təfəkkürü ilə azarkeşlər stadionlardan didərgin salınır, futbol çökdürülə-çökdürülə səriştəsiz futbol "generalları"nın günlərı uzadılır...
 
Millətlər Liqasında ən zəif rəqiblərin "böyüdülməsi" fonunda fiasko, indi də "məğlubiyyət maşını"nın yeni dalğası...
 
Azərbaycan futbolu qruplar görmüşdü?! O vaxtlar da baş qərargahla birgə adamslar, gedelər, yerli "vlasovçu-paulyuslar" məğlubiyyət psixologiyasını millətə sırıyıb pullarını qazanırdı. Müstəqil futbol generalları yükü öz üzərlərinə götürüb döyüşə atıldı, Avroliqadan tutmuş Ç.L. qruplarına kimi yol açıldı...
Baş qərargaha nəticə-sübut ifşası sərf etmədi. Uğurlu futbol generallarına qarşı futbol represiyası başlandı. Bu gün də davam etməkdədir...
Yeni tarixlərin yazılması üçün baş qərargahlarda başlar yerində olmalıdır. Əsl generallar, inkişaf strategiyası, çəkinmədən, güclü rəqiblər önünə çıxmadan qələbələr qazanıla bilməz!
 
Səngərdən başını qaldırıb qorxmadan "düşmən"in üstünə atılaraq əsgərlərini arxasınca qələbəyə apara bilməyən general - general deyil!
"Vlasov-paulyusçu" baş qərargahla, fərsiz generallarla Azərbaycan futbolu mühasirəyə salınıb, satılıb...Belə durumda ancaq dövlətin, xalqın vəsaitini talayıb özləri qarışıq "muzdlu əsgərlərə" mükafatlar verilər...
Müharibə şəraitində belə generalların aqibəti bir olurdu!
 
Tahir Süleymanov

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...