\"Azərbaycan futbol ölkəsi deyil\"

\

Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldır. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindir. Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır və digər ölkələrlə müqayisədə səviyyə yüksək deyil.

Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Ölkəsinin mətbuatına danışan xorvatiyalı mütəxəssis DÇ-2018-in seçmə mərhələsində 10 xal qazanmağımızın Azərbaycan üçün rekord olduğunu bildirib: "Mən yığmada işə başlayanda FİFA reytinqində 135-ci idiksə, indi 93-cü pilləyə yüksəlmişik. Ölkə çempionu "Qarabağ" Çempionlar Liqasının qrupuna yüksələn ilk komanda oldu. Bu komandada gənc istedadlar da var. Azarkeşlər də oyunlara daha çox gəlir".

Müqaviləsi Almaniya ilə oyundan sonra başa çatan Prosineçki gələcək karyerasına aydınlıq gəlmədiyini söyləyib:

"Müqaviləmin uzadılıb-uzadılmayacağını bilmirəm. Hər şeyi zaman göstərəcək. Görək necə olacaq. Almaniya ilə oyun mənim üçün xüsusidir. Çünki rəqib dünya çempionudur". (qol.az)

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah 27 dərəcə isti olacaq - PROQNOZ

Aprelin 17-də Azərbaycanda havanın əsasən yağmursuz, bəzi yerlərdə isə duman olacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya...

"Büdcə üçün oyunçu satacağıq" - "Bayer"in direktoru

"Bayer Leverkuzen"in baş direktoru Fernando Karro komandanın bu yay transferləri haqqında danışıb.   Sfera.az bildirir ki, o, bir oyunçunu...

Rusiya aviaşirkəti Nijni Novqoroddan Bakıya birbaşa reyslərə BAŞLADI

Rusiyanın “IrAero” aviaşirkəti V.P. Çkalov adına Nijni Novqorod Beynəlxalq Hava Limanından Bakıya birbaşa müntəzəm reyslər həyata keçirməyə başlayıb...

Xəstəlikdən əziyyət çəkən aparıcı Azər: "Anamın verdiyi böyrək də xarab oldu..." - VİDEO

“Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə iki dəfə”.    Sfera.az xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Baxşəliyev ...

İranın İsrailə hücumu nəticəsində yaralanan tək şəxsin kimliyi AÇIQLANDI

Şənbə və bazar günlərində İranın İsrailə hücumu nəticəsində ağır yaralanan tək şəxsin kimliyi bəlli olub.   Sfera.az xarici KİV-ə istinadən xəbər ver...

Ertələmək xəstəliyindən necə xilas olmaq olar? – Psixoloq AÇIQLADI 

Günümüzdə mövcud olan problemlərdən biri də müəyyən işlərimizi ertələməkdir. Bu, bir çox insan üçün həll olunması müəyyən qədər çətin hesab edilən hal...