Azərbaycan “Facebook”, “Twitter” və “YouTube”la əməkdaşlıq müqaviləsi imzalayacaq? - AÇIQLAMA

Azərbaycan “Facebook”, “Twitter” və “YouTube”la əməkdaşlıq müqaviləsi imzalayacaq? - AÇIQLAMA
"Sosial şəbəkə və sosial media fəaliyyətində münasibətlərin hüquqi tənzimləməsinə ciddi ehtiyac var”.
 
Sfera.az bildirir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, belə bir tənzimlənmə qanun qəbul etməklə mümkün olmayacaq:

"Biz iri sosial şəbəkə resursları ilə məsələn, "Facebook”, "Twitter”, yaxud, "YouTube” ilə dövlət adından əməkdaşlıq müqavilələri imzalamalıyıq. Təməl insan hüquq və azadlıqlarının qorunması, təhqir, böhtan və virtual məkanda müşahidə olunan digər təhlükəli tendensiyalarla mübarizə üçün birgə hüquqi platforma formalaşdırmalıyıq”.

Millət vəkili qeyd edib ki, yalnız belə olan halda, sosial media fəaliyyətinin tənzimlənməsi istiqamətində qanunvericilik aktları işlək ola bilər.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR