Azərbaycan Ermənistanı necə qorxuya salıb? – CƏDVƏL (FOTO)
13:45 / 22.03.2019
4488
Azərbaycan keçən il müdafiə sahəsinə 3,3 milyard manat ayırıb. Bu rəqəm bu gün olan məzənnə ilə 1 milyard 935 min dollar təşkil edir. Bu rəqəmləri ötən gün ölkə parlamentində çıxışı zamanı Baş nazir Novruz Məmmədov səsləndirib.
Baş Nazir xatırladıb ki, 2017-ci ildəki hərbi xərclərlə müqayisə etdikdə bu rəqəm 530 milyon manat artıqdır və hərbi xərclərdə əsas diqqət silahların alınmasına yönləndirilib. O, ölkəmizin İsrail tərəfindən aldığı LORA raket komplekslərini və Belarusdan alınan "Polonez”ləri, PUA-ları və s. silahları xatırladıb.
Qeyd edək ki, bu 3,3 milyard manat vəsait kifayət qədər böyük məbləğdir. Böyük ehtimalla, onun tərkibinə digər güc strukturlarının, o cümlədən Sərhəd Qoşunlarının xərcləri də daxil edilib.
2018-ci ildə təsdiqlənmiş büdcəyə əsasən, Azərbaycanın müdafiə xərcləri ilk öncə 2 milyard 740 milyon manat nəzərdə tutulurdu, 2017-ci ilin payız aylarında təqdim edilən büdcə layihəsinə görə isə bu rəqəm 1.6 milyard dollar təşkil edirdi.
2019-cu ildə təsdiqlənmiş büdcəyə əsasən, Azərbaycanın müdafiə xərclərində 10% artım göstərilib. Müdafiə sahəsinə ayrılan büdcə xərcləri 3 milyard 38 milyon manat nəzərdə tutulub ki, bu rəqəm də bugünkü mövcud məzənnəyə ilə 1,76 milyard dollar təşkil edir. Bu rəqəmlərə də yuxarıda qeyd edilən digər güc strukturlarının xərcləri də daxildir.
Burada "Digər” xərclər adı altında olan başlıq diqqət çəkir ki, bu bənd də 2017-ci ildən etibarən əlavə edilib. Artıq 3-cü ilin büdcəsidir ki, həmin bənd mövcuddur və bu bəndin icrasına böyük həcmdə vəsait ayrılır. Ehtimal edilir ki, bu başlıq altında olan xərclərə silah alınması və hərbi sənaye xərcləri daxildir. Böyük ehtimalla, belə geniş miqyaslı xərclərin tətbiqi sayəsində ölkəmiz yeni silahlar, xüsusilə Belarus istehsalı "Polonez” və İsrail istehsalı LORA raket sistemləri, eləcə də qərb dövlətlərindən alınan digər silahlar əldə edib.ordu.az