Azərbaycan Ermənistan üzərində əzici üstünlüyə malikdir MÖVQE

Azərbaycan Ermənistan üzərində əzici üstünlüyə malikdir MÖVQE
 

""Valday" Beynəlxalq Diskussiya klubunda MDB dövlət başçılarının Astana Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini 25 ildən artıq bir müddətdə işğal altında saxlamasına qarşı sərt münasibəti, diplomatik təzyiqi, Türkdilli dövlətlərin və Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə toplantılarında Ermənistanın işğalçı siyasətinin pislənməsi, Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi və hər iki beynəlxalq təşkilata növbəti dövr üçün sədrliyin Azərbaycana həvalə olunması 2019-cu il Azərbaycan dövlətinin diplomatik uğurları beynəlxalq nüfuzunu daha da möhkəmlənməsi, Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni keyfiyyət dəyişikliyi və yeni mərhələnin başladığının göstəricisidir". Bunu "Resurs" Analitik İnformasiya Mərkəzinin sədri, siyasi ekspert Rasim Quliyev SİA-ya açıqlamasında deyib.

Siyasi ekspert bildirib ki, əslində Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Paşinyan iqtidarının mövqeyini gözləyən Azərbaycan diplomatiyası Ermənistanın mövcud iqtidarının ziddiyətli və ardıcıl olmayan, bir-birini təkzib edən ziddiyətli bəyanatları fonunda diplomatik təzyiqi artıraraq yaranmış yeni şəraitdə Ermənistana əzici güc göstərmək iqtidarında olduğunu nümayiş etdirməyə başlayıb: "Hüquqi diplomatik müstəvidə, bütün beynəlxalq platforma və formatlarda haqlı mövqeyini sübut edən Azərbaycanın hərbi qüdrəti də Ermənistanla müqayisə olunmaz dərəcədə üstündür. Ermənistan iqtidarı da, mütəxəssis və ekspertləri də, erməni ictimaiyyəti də açıq-aydın bu istiqamətdə irəliləyişin heç aprelə qədər də uzanmayacağından və bu dəfəki apreldə "araya girən" arbitrlərin də o qədər həvəsli olmayacağını aydın dərk edirlər. Yeni aprel savaşı baş versə Azərbaycanın Ermənistanla sülh danışıqlarının Dağlıq Qarabağın ətrafında işğal olunmuş 7 rayonunun qaytarılmasından sonrakı mərhələlərdən aparacağı bəllidir. Bunu dərk edən Ermənistan iqtidarı boğulmaqda olanın "əl-qol çabası, səyləri" göstərərək həm hakimiyyəti itirmək təhlükəsi qarşısında daxili auditoriyaya hesablanmış isterik bəyanatla Qoşulmama Hərəkatı kimi 120 dövləti özündə cəmləyən, dünyanın yarıdan çox hissəsini əhatə edən böyük bir beynəlxalq qurumu hədələyir. Bu təkcə xarici siyasətin uğursuzluğu və Ermənistanın Qarabağ münaqişəsində iflasının göstəricisi deyil. Eyni zamanda Ermənistanın mövcud iqtidarının beynəlxalq münasibətlər sistemində naşılığı və savadsızlığının göstəricisidir. Ermənistanın mövcud hakimiyyəti daxili, siyasi gərginliyi, Dağlıq Qarabağın işğalçı rejimi ilə keçmiş iqtidarın kadrları ilə idarəçiliyin ələ keçirilməsi uğrunda mübarizədə üzləşdiyi problmeləri həll etməkdə çətinlik çəkir və bu problemlərdən diqqəti yayındırmaq üçün populist və isterik addımlar atır ki, nəticə isə daha da pisləşməyə doğru gedir".


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...

Azərbaycanın məşhur Əməkdar artisti VƏFAT ETDİ - FOTO

Azərbaycanın Əməkdar artisti dünyasını dəyişib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının əməkdaşı Yuri...