Azərbaycan Dövlət Himninə dair yeni tələblər: İfa edilərkən hər kəs...

Azərbaycan Dövlət Himninə dair yeni tələblər: İfa edilərkən hər kəs...
Azərbaycan Dövlət Himninə dair yeni tələblər müəyyən edilib.

Sfera.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihəsinə öz əksini tapıb.

9 maddədən ibarət olan yeni qanun layihəsi Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Qanun layihəsində müəyyən olunan tələblərə əsasən, Azərbaycan vətəndaşları Azərbaycan Respublikası Dövlət Himni ifa edilən zaman himnin mətninə uyğun ayaq üstə və sona qədər oxumalıdırlar (və ya Azərbaycan Respublikasının Dövlət Himnini ayaq üstə və sona qədər dinləməlidirlər).

Azərbaycan Dövlət Himni ifa edilən zaman Azərbaycan Dövlət bayrağı qaldırılarsa (asılarsa) Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Dövlət bayrağına tərəf baxmalıdırlar.

 

Azərbaycan ərazisində olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Dövlət Himni ifa edilən zaman onu ayaq üstə və sona qədər dinləməlidirlər.

Xarici dövlətin ərazisində keçirilən təntənəli tədbirlər zamanı Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikasının Dövlət Himninə dair məhdudiyyətlərə əsasən, himnin musiqisi musiqi əsərlərində istifadə edilə bilməz.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü başlayıb.   Sfera.az ...

Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi OLDU

Azərbaycana dövlət səfərinə gələn Qırğızıstan Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub.   Sfera.az xəbər verir ki, hər...

Məşhur müğənninin konsetində DAVA DÜŞDÜ

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin konsertində dava düşüb.   Sfera.az xəbər verir ki, müğənninin “Cratos Casino”da verd...

24 Aprel – Gənclərin Beynəlxalq Həmrəylik Günüdür

Ümumdünya Demokratik Gənclər Federasiyasının qərarı ilə 1957-ci ildən hər il aprelin 24-də Beynəlxalq Gənclərin Həmrəylik Günü (International Day of Youth Solid...

Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə HƏBS EDİLDİ

Moskva məhkəmələrindən biri istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.   Sfera.az x...

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...