İdman

Azərbaycan Dünya Kubokunda ikinci oldu - YENİLƏNİB

Azərbaycan Dünya Kubokunda ikinci oldu - YENİLƏNİB

19:03

Sərbəst güləş üzrə Azərbaycan millisi İranın Kirmanşah şəhərində keçirilən Dünya Kubokunda 3-cü yeri tutub.

Sfera.az report-a istinadən xəbər verir ki, Firdovsi Umudovun baş məşqçi olduğu komanda bürünc medal qarşılaşmasında Türkiyə yığmasını böyük hesabla yenib - 6:1.

Azərbaycan təmsilçilərindən yalnız David Suynuçxanov görüşünü məğlubiyyətlə başa vurub. Qalan 7 pəhləvan isə çətinlik çəkmədən qələbə qazanıb.

Azərbaycan - Türkiyə - 7:1

57 kq. Georgi Edişeraşvili - Sezar Akgül - 8:7

61 kq. Əli Rəhimzadə - Cengizxan Erdoğan - 0:0 (rəqibi xəbərdarlıqla uduzub)

65 kq. Hacı Əliyev - Safa Aksoy - 12:2 (təmiz qələbə)

70 kq. David Suynuçxanov - Yakub Qor - 2:10

74 kq. Murad Süleymanov - İslam Kılıç - 5:0

86 kq. Şərif Şərifov - Selim Yaşar - 2:1

 

97 kq. Aslanbek Alborov - Faruk Akkoyun - 9:1

125 kq. Cəmaləddin Məhəmmədov - Salim Ercan - 4:0 (tuşe)

Qeyd edək ki, Azərbaycan millisi Dünya Kubokunda qrup mərhələsinin İlk görüşündə Rusiyaya xal hesabı ilə 32:29, Gürcüstana 5:3 hesabı ilə qalib gəlsə də, ABŞ-a texniki xallara görə uduzub - 14:20. 

---------

13:55

İran İslam Respublikasının Kirmanşah şəhərində sərbəst güləş üzrə böyüklər arasında Dünya Kuboku yarışları start götürüb. 

Sfera.az goal.az-a istinadən xəbər verir ki, ilk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4-4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə 32-29 öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.

Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 üstün ABŞ idmançıları finala yüksəlib. Qeyd etmək lazımdır ki, 74 kq çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib. 

Yığmamız Türkiyə komandası ilə 3-cü yer uğrunda həlledici görüşə çıxacaq. 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031