Azərbaycan dünya çempionatında dördüncü medalını qazandı - VİDEO

Azərbaycan dünya çempionatında dördüncü medalını qazandı - VİDEO
 

Azərbaycanın üzgüçülük üzrə paralimpiya yığma komandasının "London 2019" Dünya Çempionatında uğurlu çıxışı davam edir. 

Sfera.az milli.az-a istinadən  xəbər verir ki, ötən axşam yığma komandamızın üzvü Roman Saleh sərbəst (freestyle) üslubda üzgüçülük növündə yarışıb. O 100 metr məsafəni 52.99 saniyəyə qət edərək yarışın bürünc medalına sahib olub. 

İlk yerə 52.02 saniyəlik nəticə ilə Ukrayna təmsilçisi Yaroslav Denisenko çıxıb. İkinci yerə isə Ukraynanın digər təmsilçisi Maksim Veraksa 52.66 saniyəlik nəticə ilə layiq görülüb. 

Xatırladaq ki, Roman Saleh bundan əvvəl çempionatın belüstü üzgüçülük növüdə 2-ci yeri qazanaraq "Tokio 2020" paralimpiadasına birbaşa lisenziya qazanıb. Növbəti gün isə sərbəst üsul ilə 50 metr məsafəyə olan yarışda isə 3-cü yer qazanaraq çempionatın ikinci medalını təmin edib.

Bundan başqa, komandamızın digər üzvü, 17 yaşlı Vəli İsrafilov "Brass" üsulu ilə yarışıb. O 100 metr məsafəni 1:06.01 dəqiqəyə qət edərək yarışın üçüncüsü olub.

 

Beləliklə, Dünya Çempionatında Azərbaycan komandasının qazandığı medalların sayı 4-ə çatıb.



OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...