Azərbaycan dilində bu sözlərin yazılışı dəyişdi - RƏSMİ
11:02 / 16.01.2018
1803
AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyasının növbəti iclası keçirilib. Sfera.az xəbər verir ki, iclasda Azərbaycan dilinin orfoqrafiya qaydalarının təlim və tərtib prinsipləri müzakirə olunub.
Tədbirdə yeni "Orfoqrafiya lüğət”ində ediləcək bəzi dəyişikliklər də diqqətə çatdırılıb. "Əsgər” sözünün "əskər”, "alqı-satqı” sözünün "alğı-satqı” yazılması təklifi məqbul sayılıb. Həmçinin yeni lüğətdə süni, qondarma sözlərin yer almayacağı vurğulanıb.