Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var

Azərbaycan Dəmir Yollarının işçilərini elektrik cərəyanı vurdu: ölən və yaralanan var
Azərbaycan Dəmir Yolları QSC-nin işçilərini elektrik cərəyanı vurub.
 
Sfera.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, hadisə Goranboy rayonunun "Goran Stansiyası" ərazisində baş verib. 
Belə ki, həmin ərazidən keçən dəmiryolu xəttindəki elektrik xətlərində təmir işləri aparan, Yevlax rayon sakinləri - 1958-ci il təvəllüdlü Fikrət Əlibaba oğlu İsgəndərov və 1985-ci il təvəllüdlü Rauf Məmmədovu ehiyatsızlıqdan elektrik cərəyanı vurub. 

Hər iki şəxs xəstəxanaya çatdırılıb. F.İsgəndərov yerləşdirildiyi xəstəxanada ölüb, R.Məmmədovun isə vəziyyəti ağır olaraq qalır. 

***
Goranboy rayonunda 2 nəfəri elektrik cərəyanı vurub.Onlardan 1-i ölüb.

Hadisə Goran stansiyası ərazisində qeydə alınıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, Goranboy Rayon Mərkəzi Xəstəxanasına elektrik cərəyanı vurması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan iki nəfər gətirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri xəstəxanada ölüb. Digər yaralının da vəziyyəti ağır olaraq qalır. 
Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə yerləşdirilib. /Report
 
 

OXŞAR XƏBƏRLƏR