“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçdi
"Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışır.

QSC-dən Sfera.az-a verilən məlumata görə, Sərnişin daşımaları Departamentinin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Departament bir daha sərnişinlərin nəzərinə çatdırır ki, qatarlara bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.


OXŞAR XƏBƏRLƏR